AZ

Yaponiya LNG-ni sintetik metanla əvəz edəcək

Yaponiya məişət məqsədləri üçün mayeləşdirilmiş təbii qaz (LNG) əvəzinə sintetik metandan istifadə etmək qərarına gəlib. 2050-ci ilə qədər əhalinin məskunlaşdığı ərazilərin 90%-nin yeni enerji resursuna keçirilməsi planlaşdırılır. 

Valyuta.az xəbər verir ki, bu barədə “Nikkei” qəzeti yazıb.

Bu məqsədə çatmaq üçün Yaponiya daxilində və xaricdə sintetik metan istehsalı zavodları tikmək lazımdır. Yanacaq dəniz suyundan alınan karbon qazı və hidrogendən istifadə edilməklə istehsal olunacaq. Nəşr iddia edir ki, sintetik metan hasilatı və yandırılması zamanı karbon qazı atmosferə buraxılmayacaq.

Yaponiyanın "Hitachi Zosen" korporasiyası artıq Omanda böyük sintetik metan istehsalı müəssisəsinin tikintisinə razılıq verib. Zavodun tikintisinə 2025-ci ildə başlanmalıdır. 2027-ci ilə qədər onun tam gücünə çatacağı gözlənilir. Yaponiya Avstraliyada bu yanacağın istehsalı üçün daha bir neçə müəssisə tikməyi planlaşdırır.

Paşa Məmmədli


 

Seçilən
75
2
Mənbələr
Şərh ()
Bağla