AZ

Xeyrimlidə yolu bağlayan ermənilər həbs olundu - VİDEO

İnternetdə Ermənistan ərazisindəki Azərbaycan kəndidnəd - Xeyrimlidə (Kirants) “qara berelilərin” aksiya keçirən erməniləri həbs edərkən güc tətbiq etdiklərinin əks olunduğu videomaterial yayılıb.

Bakupost.az xəbər verir ki, bu barədə "Ermənistan xəbərləri" məlumat yayıb.

Qeyd olunur ki, videonun son hissəsində kənd sakinlərini nəzarətə götürdükdən bir neçə dəqiqə sonra “qara berelilər”in bir-birini qucaqladıqları görünür.

"Artıq məlum olduğu kimi, səhər tezdən xeyli polis qüvvələri Xeyrimli(Kirants) kəndinə gəlib və güc tətbiq edərək, yolu bağlayan sakinləri, o cümlədən yeniyetmələri həbs ediblər", - deyə xəbərdə bildirilir.

Ermənistan Daxili İşlər Nazirliyi bildirib ki, Müdafiə Nazirliyi Xeyrimli (Kirants) kəndi yaxınlığında minalardan təmizləmə işləri aparır, ona görə də ona gedən yollar bağlıdır. Jurnalistləri də kəndə buraxmırlar.

Kənd icmasının rəhbəri Kamo Şahinyanın sözlərinə görə, sakinlər minatəmizləmə prosesinin qarşısını almaq üçün növbətçilik edidlər:

"Sakinlər Ermənistan hakimiyyətinin ərazilərin birtərəfli qaydada Azərbaycana verilməsinə etiraz edirlər. Eyni zamanda, hakimiyyət sakinlərin təhlükəsizliyinə zəmanət vermədiyini açıq şəkildə bildirir".



Zaur
BakuPost

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
1
Mənbələr
Şərh ()
Bağla