AZ

De Rossi “Roma”nın Avroliqadakı rəqibi “Bayer”i təriflədi

“Roma”nın baş məşqçisi Daniele De Rossi “Bayer”lə Avropa Liqasının yarımfinalının ilk oyunu ərəfəsində rəqib haqda fikirlərini paylaşıb.

Arena.az “Football Italia” dərgisinə istinadən, italyan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Rəqib komandada bəzi xüsuslarını bəyənirəm. Birincisi, komandada tərəqqisi üçün mükəmməl şəraiti olan güclü futbolçular var. İkincisi, “Bayer” fiziki cəhətdən güclü komandadır, oyunun son saniyəsinə qədər rəqib qapısına təhlükə yaratmağa qadirdir.

“Bayer”in həm də güclü futbolçuları var ki, onlar oyun ərzində əvəzetmədən meydana çıxmaqla oyunu gücləndirə bilərlər.
Şəxsiyyətlər haqqında danışsaq, o halda mən Florian Virts, Alexandro Qrimaldo, Patrik Şik, həmçinin Viktor Bonifaseni qeyd edəcəyəm.

Oyunun gedişində hesabda mütəmadi olaraq geri düşsələr də, bu mövsüm heç vaxt uduzmamaları amili də hörmətəlayiqdir”, deyə De Rossi Leverkuzen təmsilçisi haqda yüksək fikirdə olduğunu bildirib.

Xatırladaq ki, “Bayer” həm də cari mövsüm Almaniya Bundesliqasının çempionluğunu erkən təmin edib və Romaya artıq çempion siması ilə buyuracaq.

“Roma” “Bayer”i bu gün, mayın 2-də “Olimpiko” stadionunda qəbul edəcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
Mənbələr
Şərh ()
Bağla