AZ

Avropa İttifaqı Livana 1 milyard avroluq yardım edəcək

Avropa İttifaqı Livanın sosial-iqtisadi sabitliyini dəstəkləmək üçün 1 milyard avro dəyərində yardım paketi ayırıb.

Bakıvaxtı.az "Euronews"a istinadən bildirir ki, bu barədə Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen açıqlama verib.

Onun sözlərinə görə, üç illik yardım paketi ilk növbədə təhsil, sosial müdafiə, səhiyyə, iqtisadiyyat, bank işi və təhlükəsizlik sahələrində islahatların aparılması üçün istifadə olunacaq.

Qəzzada davam edən müharibənin Livana təsirlərinə toxunan Leyen bildirib ki, həm Livanın, həm də İsrailin təhlükəsizliyi təhlükə altındadır. Ona görə də BMT Təhlükəsizlik Şurası problemin həllinə dəstək olmalıdır:

"Livan 2011-ci ildə Suriyada qarşıdurma başlayandan köçkünlərə ev sahibliyi etməkdə region və dünya ölkələri arasında ən böyük yükü öz üzərinə götürüb. Qaçqınlar məsələsi livanlılara ciddi təsir göstərir. Biz bu məsələdə beynəlxalq qurum və təşkilatlarla əməkdaşlıq etməyə həmişə hazırıq, lakin bu məsələnin hazırkı reallığı Livan üçün həddən artıq ağırdır".

Qeyd edək ki, hazırda Livanda 1,5 milyon suriyalı qaçqın var. Livan həmçinin 210 minə yaxın fələstinli qaçqına ev sahibliyi edir.

Gülşən Şərif

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
7
Mənbələr
Şərh ()
Bağla