AZ

Bakı Təşəbbüs Qrupu Fransanın son müstəmləkələri olan ölkələrə dəstək nümayiş etdirir

Bakı Təşəbbüs Qrupunun Fransanın son müstəmləkələri olan dəniz aşırı ölkələrə dəstək nümayiş etdirir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, tez-tez suallar yaranır ki, həmin ölkələrin aksiyalarında Azərbaycan bayrağı dalğalanır. Qeyd etmək lazımdır ki, bu Azərbaycanın onlara göstərdiyi dəstəklə əlaqədardır.

"Bakı Təşəbbüs Qrupu Fransanın xaricdəki müstəmləkələrinin apardığı ədalətli mübarizəni dəstəkləməyə davam edəcək.

Fransanın tərkibindəki subyektlərə qarşı tətbiq etdiyi assimlasiya kosnsepsiyasi 2 əsas xətt üzrə təhlil edilib.

Burada müstəmləkəçiliyin yerli yerli icmalar üzrərindəki mənfi təsirləri və bu prosesə məcbur qalan insanların hüquqlarının müdafiəsi əsas istiqamətlər olub", - o deyib.

Xatırladaq ki, Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə ötən il sentyabrın 22-də BMT-nin Nyu-Yorkdakı və dekabrın 14-də isə Cenevrədəki qərargahlarında keçirilən kolonializmə və onun yeni təzahürlərinə qarşı mübarizəyə həsr olunmuş silsilə tədbirlər təşkilatın Vyana ofisində davam edib. Aprelin 30-da BMT-nin Vyana ofisində "Müstəmləkəçilikdən qurtuluş: assimilyasiyanın nəticələri və onun insan hüquqlarının həyata keçirilməsinə təsiri" mövzusunda konfrans təşkil olunub.

Konfransda BMT-nin Vyana bölməsində akkreditə olunan 25 ölkənin diplomatları, 20-dək səfir, 20 ölkənin, xüsusilə də Fransanın hələ də müstəmləkə altında saxladığı dənizaşırı ərazilərin - Yeni Kaledoniya, Fransız Polineziyası, Fransız Qvianası, Martinika, Qvadelupa, Vallis və Futuna, Korsika, Qəmər Adaları İttifaqı, Haiti kimi ölkələrin milli hərəkatlarının rəhbərləri və müstəqillik tərəfdarları, müstəqil ekspertlər, beyin mərkəzlərinin nümayəndələri, həmçinin yerli və xarici media təmsilçiləri iştirak ediblər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
52
4
Mənbələr
Şərh ()
Bağla