AZ

Sivilizasiyalar Alyansının direktoru: Forumda müzakirə edilən mövzular aktuallığı ilə yadda qaldı

Sivilizasiyalar

Bakı, 2 may, AZƏRTAC

Biz gələcək Forumun təşkilində də birgə əməkdaşlıq edəcəyik. İki gün ərzində maraqlı söhbətlər aparıldı, mövzular aktuallığı ilə yadda qaldı.

AZƏRTAC xəbər verir ki, bunu BMT-nin Sivilizasiyalar Alyansının direktoru Nihal Saad "Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimində deyib.

"Mədəniyyətin iqlim dəyişikliyi sahəsindəki rolu böyükdür. Bu Forumun bəşəriyyətin sivilizasiyasında vacib yer tutduğunu düşünürəm. Həmçinin Forumda qlobal çağırışlar da oldu, problemlər müəyyən edildi, diaqnostikası aparıldı və həll yolları müzakirə olundu. Ümid edirəm ki, bu tendensiya davam edəcək", - deyə Nihal Saad vurğulayıb.

Seçilən
21
Mənbələr
Şərh ()
Bağla