AZ

Naxçıvan Baş Gömrük İdarəsində “Gömrük əməkdaşlarında işlə bağlı stress və onun qarşısının alınması” mövzusunda maarifləndirici təlim keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmətİdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzi, Mərkəzi GömrükHospitalı, rəsmi tərəfdaş Türkiyənin Florence NightingaleXəstəxanalar Qrupu və Naxçıvan Baş Gömrük İdarəsinin birgətəşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının101 illiyinə və Naxçıvan Muxtar Respublikasının 100 illikyubileyinə həsr edilmiş “Naxçıvan sağlamlıq günləri” çərçivəsində 2may 2024-cü il tarixində Naxçıvan Baş Gömrük İdarəsində “Gömrükəməkdaşlarında işlə bağlı stress və onun qarşısının alınması”mövzusunda maarifləndirici təlim keçirilib.

Tədbirdə Naxçıvan Baş Gömrük İdarəsinin rəisi, gömrük xidmətigeneral-mayoru Vüqar Əliyev, Dövlət Gömrük Komitəsi Tibbi Xidmətİdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev,Naxçıvan Baş Gömrük İdarəsinin tabeçiliyində olan strukturbölmələrinin əməkdaşları və digər nümayəndələr iştirak ediblər.

Təlimin açılış mərasimində Naxçıvan Baş Gömrük İdarəsinin rəisiVüqar Əliyev təlim iştirakçılarını salamlayaraq, Ümummilli liderHeydər Əliyevin anadan olmasının 101 illiyinə və Naxçıvan MuxtarRespublikasının 100 illik yubileyinə həsr edilmiş tədbirlərçərçivəsində 2-4 may 2024-cü il tarixlərində keçiriləcək təlim,konfrans və sosial tibbi aksiya barədə ətraflı məlumat verib. İdarərəisi Vüqar Əliyev çıxışında Ümumilli lider Heydər ƏliyevinNaxçıvanda gömrük sisteminin qurulmasında, eləcə də səhiyyəsahəsinə verdiyi töhvələrdən danışıb. O, qeyd edib ki, məhz əsasıUlu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Naxçıvanın gömrük vəsəhiyyə sistemi bu gün Prezident İlham Əliyev tərəfindən böyükuğurla davam etdirilir, bu sahələrdə böyük uğurlarqazanılmışdır.

İdarə rəisi Vüqar Əliyev bugünkü təlimdə gömrük əməkdaşlarınıngündəlik işlərində qarşılaşdıqları çətinliklər, iş fəaliyyətlərizamanı yaşadıqları stresslər, onların qarşısının alınması yollarıhaqqında danışaraq, qeyd edib ki, dövlət sərhəd buraxılışməntəqələrində çalışan əməkdaşlar hər zaman düşünməlidirlər ki,məqsədimiz birdir – dövlətimizə, dövlətçiliyimizə sədaqətlə,məsuliyyətlə, vicdanla xidmət etməkdir.

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini,t.ü.f.d., dosent İsmayıl Əfəndiyev çıxış edərək, bildirib ki,gömrük işçilərinin xidmətlərinin keyfiyyətini, işdə yarananstresslərə qarşı davamlılıqlarını, iş məmnunluğunu artırmaq,tükənmə sindromunun qarşısının alınması məqsədilə Dövlət GömrükKomitəsinin Tibbi Xidmət İdarəsi tərəfindən təlimlər proqramıhazırlanmışdır. Yüksəkixtisaslı mütəxəssislər tərəfindən aparılanbu təlimlərin əsas məqsədi işlə bağlı stress və onun qarşısınınalınması istiqamətində gömrükçüləri məlumatlandırmaqdır.

Daha sonra təlimdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmətİdarəsinin Həkim Tibb Komissiyasının psixiatrı, t.ü.f.d. GülayMəmmədzadə “İnsanlarla işləyən insanlar: stressə davamlılığınartırılması” mövzusunda, Dövlət Gömrük Komitəsi Tibbi Xidmətİdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin mütəxəssisi ŞəhlaMirzəzadə “Effektiv iş mühitinin yaradılmasında komanda işi vəeffektiv ünsiyyətin əhəmiyyəti” mövzularında təqdimatlarla çıxışediblər. Təlimin sonunda mövzular ilə bağlı gömrükçülərin çoxlusayda sualları cavablandırılıb.
Təlim xatirə şəklinin çəkilməsi ilə başa çatıb.

Naxçıvan
Naxçıvan
Naxçıvan
Naxçıvan
Naxçıvan
Naxçıvan
Naxçıvan

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
4
Mənbələr
Şərh ()
Bağla