AZ

COP29 Cənubi Qafqazda iqlim dəyişmələri ilə mübarizədə çağırışlarla mübarizədən bəhs etmək üçün yaxşı imkandır - Nino Tandilaşvili

Tbilisi. Trend:

COP29 Cənubi Qafqazda iqlim dəyişmələri ilə mübarizədəçağırışlarla mübarizədən bəhs etmək üçün yaxşı imkandır.

Trend xəbərverir ki, bu barədə Gürcüstanın ətraf mühitin mühafizəsi və kəndtəsərrüfatı nazirinin birinci müavini Nino Tandilaşvili Tbilisidəkeçirilən "Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı(CAREC) regionunda ekoloji cəhətdən daha təmiz əlavə dəyərzəncirlərinin maliyyələşdirilməsi" mövzusunda panel müzakirəsindəçıxışında deyib.

Onun sözlərinə görə, Gürcüstan öz "yaşıl" gündəminigenişləndirməyə çalışır.

"İqlim gündıliyi inteqrasiyada mühüm rol oynayır. Biz 2050-ciilədək karbon neytrallığına nail olmaq istəyirik. Regionumuzdakeçiriləcək COP29 tədbiri Cənubi Qafqazda iqlim dəyişmələri iləmübarizədə çağırışlarla mübarizədən bəhs etmək üçün yaxşıimkandır",- deyə o bildirib.

Nazir müavini qeyd edib ki, Gürcüstanın Aİ-yə inteqrasiyasıgüclənib və bu baxımdan ölkə öz məsuliyyətinin tam fərqindədir.

"Biz Aİ standartlarlna yaxın olmaq üçün bütün sahələr üzrə, ocümlədən "yaşıl" iqtisadiyyat, kənd təsərrüfatı üzrə çox aktivçalışmışıq. İnteqrasiyadan başqa yol yoxdur. Aİ üzvlüyünə namizədstatusu "yaşıl" enerji baxımından üzərimizə böyük məsuliyyətqoyur", - o deyib.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə ÇərçivəKonvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası builin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərarCOP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasındaqəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcəkvə 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlimsisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ciilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitindəimzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturununingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.

Konvensiyanın tərəfləri 198 ölkədir. Əgər tərəflərin fərqliqərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ciilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərindəyerləşir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
Mənbələr
Şərh ()
Bağla