AZ

“Prezident kuboku”nda 4-cü medal

Azərbaycan millisi Mingəçevirdə keçirilən “Prezident kuboku” beynəlxalq reqatasında daha bir medal qazanıb.

İdman.biz xəbər verir ki, “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçirilən yarışda Qiyas Əhmədov - Vacib Babayev cütlüyü 3-cü yeri tutublar.

Onlar 2008-2009-cü il təvəllüdlü idmançılar arasında 500 m məsafəyə kayak yarışında bürünc medala yiyələniblər.

Qeyd edək ki, bu, Azərbaycan millisinin “Prezident kuboku”nda 4-cü mükafat olub. Yığmamız daha öncə 1 qızıl, 1 gümüş və 1 bürünc medal da qazanıb.

Banuçiçək Hüseynli
İdman.biz

Seçilən
63
Mənbələr
Şərh ()
Bağla