AZ

Avropa çempionumuz çəkisini dəyişir? - VİDEO

“Olimpiadadan sonra 100 kq-da güləşə bilərəm. Hansı çəkidə olsam da, hər zaman lider olmaq istəmişəm”.

Bunu “İdman Bizdə” verilişinin qonağı olan Azərbaycan millisinin cüdoçusu Elcan Hacıyev deyib.

Xorvatiyada Avropa çempionatının qalibi olan 22 yaşlı cüdoçu bildirib ki, Paris-2024 Yay Olimpiya Oyunlarından sonra yeni çəkidə mübarizə aparması istisna deyil: “Bəlkə çəkimi 100 kq-a qaldırdım. Amma Olimpiadadan sonra bir müddət 90-kq-da çıxış edəcəm. Mənim üslubum elədir ki, sakit güləşirəm. Gücüm də var. 100 kq çəkidə olan cüdoçularla təlim-məşqlər zamanı sparinq edirəm. Çəkimin az olmasına baxmayaraq, onları rahatlıqla üstələyirəm. 100 kq daha rahatdır. 90 kq-da da qala bilərəm. Ola bilər ki, 100 kq-da karyeramı bitirim. İnanıram ki, çəkimi qaldırsam belə bir müddət sonra nəticə verməyə başlayacağam”.

Qeyd edək ki, Elcan Hacıyev 90 kq-dan əvvəl 81 kq çəki dərəcəsində mübarizə aparıb.

Emin Ağa
İdman.biz

Məqalədə:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
Mənbələr
Şərh ()
Bağla