AZ

Xabi Alonso De Rossi və “Roma”nın ünvanına təriflər yağdırdı

“Bayer”in baş məşqçisi Xabi Alonso Avropa Liqasında “Roma” ilə ilk yarımfinal oyunundan əvvəl “əczaçılar”ın rəqibini dəyərləndirib.

Arena.az Leverkuzen klubunun mətbuat xidmətinə istinadən məlumat verir ki, ispan mütəxəssis “Roma”nın baş məşqçisi, italyan mütəxəssis Daniele De Rossinin və onun çalışdırdığı kollektivin ünvanına təriflər yağdırıb:

“Oyunçu karyeramızda birlikdə xüsusi anlar yaşamışıq. Danielenin necə oyunçu olduğunu bəyənirdim. “Roma” onun klubudur, o, burada görkəmli futbolçu olub. O, böyük çempion idi və hələ də öz təsirini göstərməkdədir. Onun komandası futbol oynamağa çalışır və aydın fikirləri var. “Roma” cəsur komandadır. Mənim nəslimin məşqçiləri növbəti addımı atırlar. Sabah Daniele ilə görüşmək əla olacaq”, deyə Xabi Alonso bildirib.

Xatırladaq ki, “Bayer” Avropa Liqasının yarımfinal mərhələsinin ilk oyununda “Roma” ilə İtaliya paytaxtında qarşılaşacaq. Cavab oyunu isə mayın 9-da Leverkuzendə keçiriləcək. Hər iki oyun saat 23:00-da başlayacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
Mənbələr
Şərh ()
Bağla