AZ

Azərbaycanın daha bir idmançısı “Prezident Kuboku 2024”də medal aldı

Azərbaycanın daha bir təmsilçisi Nurlan Paşayev Ulu Öndər Heydər Əliyevin 101-ci ildönümünə həsr edilən akademik avarçəkmə, kayak və kanoe üzrə “Prezident Kuboku 2024” beynəlxalq reqatasında medal qazanıb.

Sportinfo.az xəbər verir ki, o, 2006-2007-ci il təvəllüdlü idmançıların mübarizəsində akademik avarçəkmə növündə gümüş mükafata sahib çıxıb.

Paşayev 1500 metr məsafəyə yarışda ikinci olub.

Daha əvvəl Azərbaycan təmsilçilərindən Əlimurad Hacızadə qızıl, Amil Ramazanov bürünc medal əldə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
196
6
Mənbələr
Şərh ()
Bağla