AZ

Azərbaycan Texniki Universitetində MBA proqramı çərçivəsində müəllimlər işə qəbul edilir

Azərbaycan

Bakı, 2 may, AZƏRTAC

Azərbaycan Texniki Universitetinin (AzTU) nəzdində Yüksək Təhsil İnstitutunun Beynəlxalq Biznes Məktəbinin MBA proqramı çərçivəsində 2024/2025-ci tədris ilinin payız və yaz semestri üzrə müəllimlərin işə qəbulu elan olunur.

Bu barədə AZƏRTAC-a AzTU-dan məlumat verilib. Fənlərin siyahısı AzTU-nun saytında yerləşdirilib.

Müəllimlərin işə qəbulu üçün tələblər:

- İqtisadiyyat, menecment, biznesin idarə olunması, maliyyə, nəqliyyat texnologiyaları, logistika və daşımalar, data analitikası, statistika, ekonometrika, marketinq, mühəndislik, səhiyyə, informasiya və kommunikasiya texnologiyaları sahələrində azı magistr dərəcəsinin olması;

- Minimum 1 illik pedaqoji təcrübənin olması;

- Azı 3 illik sənaye təcrübəsinin olması (sənaye nümayəndələri üçün);

- Axşam saatlarında (18:30-21:30 aralığı) tədris aparmaq imkanının olması;

- İngilis dilində tədris aparmaq istəyən namizədlərin 2024/2025-ci tədris ilinin sonuna qədər etibarlı olan minimum IELTS 6.0 yaxud ona ekvivalent TOEFL sertifikatına malik olması.

QEYD: Xaricdə təhsil almış namizədlər diplomlarının nostrifikasiya sənədlərini təqdim etməlidirlər.

Maraqlanan şəxslər CV, diplomun surəti və iddia etdikləri fənn yaxud fənlər üzrə təqdim olunan nümunəyə uyğun sillabus hazırlayıb [email protected] ünvanına göndərə bilərlər.

Namizədlər iddia etdikləri fənn, yaxud fənlərin adları və tədris edəcəkləri dil barədə məktubda məlumat verməlidirlər. İngilis dilində tədris etmək istəyən namizədlər iddia etdikləri fənn, yaxud fənlərin sillabuslarını nümunəyə uyğun ingilis dilində təqdim etməlidir.

Müraciətlər mayın 31-dək qəbul edilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
Mənbələr
Şərh ()
Bağla