AZ

Azərbaycanda multikulturalizm, tolerantlığın qədim tarixi var - Deputat

Bakı. Trend:

Azərbaycan hər zaman beynəlxalq sülhün bərqərar olmasına,sivilizasiyalararası, mədəniyyətlərarası dialoqun qurulmasına mühümtöhfələr verib. Bu günlərdə Bakıda keçirilən “Sülh və qlobaltəhlükəsizlik naminə dialoq” mövzusunda VI ÜmumdünyaMədəniyyətlərarası Dialoq Forumu Azərbaycanın qlobal sülhə vətəhlükəsizliyə verdiyi növbəti böyük töhfədir.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

O qeyd edib ki, forum iştirakçıları da forumun əhəmiyyətinyüksək dəyərləndirirlər.

“Forum qlobal məsələlərin müzakirə olunduğu çox mühüm və nüfuzlubeynəlxalq platformadır. Forumda 110 ölkənin nümayəndəsi iştirakedir və dünya qarşısında dayanan çağırışları müzakirə edərəkonların həlli istiqamətində təklif və təşəbbüslərlə çıxış edirlər.Bu forum dünyanın dörd bir tərəfindən ziyalıları, siyasətçiləri,qərar qəbul edənləri, media nümayəndələrini, vətəndaş cəmiyyətininnümayəndələrini, vətəndaş cəmiyyətini bir araya gətirən mühümplatformaya çevrilib.

Azərbaycanda multikulturalizm, tolerantlığın qədim tarixi var.Əsrlər boyu Azərbaycan mədəniyyətlərin qovuşduğu məkan olub. Əsrlərboyu müxtəlif xalqların və dinlərin nümayəndələri Azərbaycandamehriban, qarşılıqlı hörmət və etimad və sülh şəraitində yaşayır.Azərbaycanda mövcud olan çoxəsrlik tolerantlıq ənənələrinin vəmultikultural dəyərlərin qorunub-saxlanılması dövlət siyasətininprioritetlərindən birinə çevrilib. Cənab Prezident İlham Əliyevdaim öz siyasətində tolerantlıq mühitinin, multikulturalizmənənələrinin qorunmasına böyük önəm verib.

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə yanaşı,Azərbaycan Bakı Beynəlxalq Humanitar Forumu, BMT-ninSivilizasiyalar Alyansının VII Qlobal Forumu kimi çoxsaylı mühümbeynəlxalq tədbirlərə ev sahibliyi edir. Azərbaycanın bu sahədətəcrübəsi multikulturalizmin təbliği üçün nümunə kimi çıxış edir.Azərbaycan dünyada müxtəlif xalqların nümayəndələrinin birgə, sülhvə təhlükəsizlik şəraitində yaşadığı ideal və arzuolunan məkan kimitanınır”, - deyə deputat əlavə edib.

Məqalədə:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
1
Mənbələr
Şərh ()
Bağla