AZ

Milli Məclisdə İspaniya Parlamentinin nümayəndə heyəti ilə görüş keçirilib (FOTO)

Bakı. Trend:

Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarasıəlaqələr komitəsinin sədri Səməd Seyidov və Azərbaycan-İspaniyaparlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri SevilMikayılova mayın 1-də İspaniya Senatının Milli təhlükəsizlik vəmüdafiə komissiyası sədrinin müavini Jose Antonio Monago Terrazanınbaşçılıq etdiyi parlament nümayəndə heyəti ilə görüşüb.

Parlamentdən Trend-ə verilənməlumata görə, görüşdə Azərbaycanda keçirilən VI ÜmumdünyaMədəniyyətlərarası Dialoq Forumu çərçivəsində aparılanmüzakirələrin, fikir mübadiləsinin beynəlxalq əməkdaşlığın vəqlobal təhlükəsizliyin möhkəmləndirilməsi baxımından uğurlu olduğubildirilib.

Söhbətdə Azərbaycanın əldə etdiyi uğurlar, regionaltəhlükəsizlik, Cənubi Qafqazda sülh prosesi, beynəlxalq təşkilatlarçərçivəsində faydalı əməkdaşlıq, dünyada mövcud olan ikilistandartlar barədə danışılıb.

Görüşdə Azərbaycanla İspaniya arasında əlaqələrin, əməkdaşlığındərinləşdirilməsi, parlamentlərarası təmasların inkişaf etdirilməsibarədə fikir mübadiləsi aparılıb.

Milli
Milli
Məqalədə:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
3
Mənbələr
Şərh ()
Bağla