AZ

“Makronun Ukraynaya qoşun göndərmək ideyası iflasa məhkumdur...”

Fransa prezidenti Emmanuel Makronun məqsədi Rusiyanı zəiflətmək olan Ukraynaya qoşun yeritmək ideyası iflasa məhkumdur.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bubəyanatla Dövlət Dumasının Krım regionundan olan deputatı, parlamentin aşağı palatasının təhlükəsizlik komitəsinin üzvü Mixail Şeremet çıxış edib.

Onun fikrincə, Ukrayna bir dövlət kimi Qərb dövlətləri üçün maraqlı deyil - bu, Rusiyanı zəiflətmək, onun resurslarını oğurlamaq və hissələrə bölmək üçün tramplin eləcə dəbəhanə kimi lazımdır.

...Onların xeyrinə heç nə olmayacaq. Makronun ideyası uğursuzluğa məhkumdur.

Bunu deyən Şeremet əlavə edib ki, Rusiya texnoloji və mənəvi cəhətdən hansı dildə danışmasından asılı olmayaraq istənilən təcavüzkarı dəf etməyə hazırdır.

Bir daha xatırladaq ki, bundan əvvəl Makron Kiyevdən müvafiq sorğu olacağı təqdirdə Ukraynaya qoşun göndərilməsini qanuni adlandırmışdı.

Nazlı

Seçilən
32
Mənbələr
Şərh ()
Bağla