AZ

“Çelsi” Kontini qaytarır

Antonio Konte yenidən “Çelsi”nin baş məşqçisi təyin olunan bilər.

İdman.biz xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

London klubunun rəhbərliyi hazırki baş məşqçi Maurisio Poçettinonun işindən razı deyil. “Zadəganlar” son günlərdə Konti ilə əlaqə saxlayıblar. Əgər danışıqlar uğurlu yekunlaşsa italiyalı növbəti mövsümdə Londona köçəcək. O, 2016-2018-ci illərdə “Çelsi”yə rəhbərlik edib və komandaya İngiltərə çempionu titulunu qazandırıb.

Qeyd edək ki, 54 yaşlı məşqçinin son iş yeri “Tottenhem” (2021-2023) olub. Kontinin adı İtaliyada “Milan” və “Napoli” ilə də hallanır.

İdman.biz

Seçilən
31
Mənbələr
Şərh ()
Bağla