AZ

"Sıracoğlu" Fermer Təsərrüfatı gömrük qaydalarını pozub?

"Sıracoğlu" Fermer Təsərrüfatı Məhdud Məsuliyyətli Cəmiyyəti  barəsində gömrük qaydaları əleyhinə olan (Xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması) inzibati xəta protokolu tərtib edilib.

Valyuta.az-ın məlumatına görə, bu protokol İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə iddası ilə irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 483.-cü maddasinə görə, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə -
inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir.

İşə Yevlax Rayon Məhkəməsinin hakimi Ruslan Əlizadənin sədrliyi ilə baxılacaq. 

Sadiq İsbəndərli

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
1
Mənbələr
Şərh ()
Bağla