AZ

9 yaşlı qızı təpikləyən miqrant xəstəxanaya qədər döyülüb.

Moskva vilayətinin Lyubertsı şəhərində, Tomilino kəndindəki yaşayış binasının həyətində dayanmış avtomobillərə əvvəlcə təpik atan, sonra isə 9 yaşlı qızın üzünə vuran miqrant yerli kişilər tərəfindən döyüldükdən sonra xəstəxanaya yerləşdirilib.

Redaktora.az xəbər verir ki, onu hətta xəstəxanada da döyməyə davam ediblər.

“112” Telegram kanalının məlumatına görə, özbəkistanlı 25 yaşlı Fozil Rəsulovdur.

Qızın anası bildirib ki, o, əvvəlcə maşınları təpikləyib. Daha sonra özbək dilində söyüş söyüb və səbəbsiz yerə qızının üzündən təpilə vurub.

Qız ciddi xəsarət almayıb, həkimlər onu müayinə edib evə göndəriblər.

Sultan AYXAN

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
1
Mənbələr
Şərh ()
Bağla