AZ

Natali Minaçi: Müstəmləkəçi ölkələr yerli xalqların mədəniyyətlərini məhv etməyə çalışır

Natali

Vyana, 2 may, AZƏRTAC

Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə assimilyasiyanın təsirinə və nəticələrinə həsr edilmiş Vyana konfransının keçirilməsi çox əhəmiyyətlidir. Bütün dünyanı, bu gün burada iştirak edən səfirləri üzləşdiyimiz müstəmləkəçilik problemləri ilə tanış etmək vacibdir. Dünya bizim ölkələrimizdəki vəziyyətdən xəbərdar olmalıdır.

Bu fikirləri Bakı Təşəbbüs Qrupunun BMT-nin Vyana ofisində təşkil etdiyi “Müstəmləkəçilikdən qurtuluş: assimilyasiyanın nəticələri və onun insan hüquqlarının həyata keçirilməsinə təsiri” mövzusunda konfransın iştirakçısı, Qvadelupa Milli Alyansının sözçüsü Natali Minaçi AZƏRTAC-a müsahibəsində deyib.

“Biz müstəmləkəçiliyə məruz qalmış xalqın nümayəndələriyik. Qvadelupada əvvəllər hindular, kalinlər yaşayıblar. Ancaq sonradan fransız müstəmləkəçiliyi nəticəsində miqrasiya dalğalanmaları başlayıb. Fransızlar yerli əhalinin sayının süni yolla azaldılması, onların assimilyasiyası üçün torpaqlarımıza Hindistandan, Afrikadan və digər ölkələrdən “işçi qüvvəsi” gətiriblər. Bu miqrantların gətirilməsi ilə mədəniyyətimiz mənfi təsirlərə məruz qaldı. Süni miqrasiyanın məqsədi məhz mədəniyyətimizi unutdurmaq, yoxa çıxarmaq olub. Bu gün Qvadelupa öz mədəniyyətini qoruyub saxlamalıdır. Nümayəndələri bu konfransda iştirak edən müxtəlif dənizaşırı ərazilərin xalqları öz mədəniyyətlərinin, dəyərlərinin qorunub saxlanması uğrunda mübarizə aparırlar”, - deyə N.Minaçi bildirib.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
Mənbələr
Şərh ()
Bağla