AZ

Mingəçevirdə günün qalibləri mükafatlandırılıb - FOTO

Ümummilli Lider Heydər Əliyevin 101-ci ildönümünə həsr olunan avarçəkmə üzrə "Prezident kuboku" beynəlxalq reqatasında ikinci günün qalibləri mükafatlandırılıb.

İdman.biz xəbər verir ki, mərasim Mingəçevirdə “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçirilib.

Medalları Azərbaycanın Kanoe və Avarçəkmə Federasiyasının baş katibi Fərhad Əliyev, Serbiya Avarçəkmə Federasiyasının İdarə Heyətinin sədri Duşan Kovaçeviç, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov, "Kür" Olimpiya Tədris-İdman Mərkəzinin direktoru Ceyhun Mirzəyev, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının idman direktoru Rəhman Xanlarov təqdim ediblər.

Yığmamızın avarçəkmələri Əlimurad Hacızadə (2008-2009-cü il təvəllüdlü, kayak, 500 m) qızıl, Nurlan Paşayev (2006-2007-ci il təvəllüdlü, akademik avarçəkmə, 1500 m) gümüş və Qiyas Əhmədov - Vacib Babayev cütlüyü (2008-2009-cü il təvəllüdlü, kayak, 500 m) bürünc mükafatlarını alıblar.

“Prezident kuboku-2024” beynəlxalq reqatası mayın 3-də başa çatacaq.

Qeyd edək ki, reqatanın ilk günündə Suqovuşanda kayakda 200 m məsafədə digər təmsilçimiz Amil Ramazanov (2006-2007-ci il) 3-cü olub.

Banuçiçək Hüseynli
İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
161
7
Mənbələr
Şərh ()
Bağla