AZ

Braziliya çempionatı dayandırıla bilər - Səbəb

Braziliya parlamenti çoxsaylı danışılmış oyunlara dair şübhələrə görə futbol çempionatının dayandırılmasını tövsiyə edib.

Arena.az bu barədə “SBC News” dərgisinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, bu təkliflə oyunları və mərc qoyuluşlarını araşdırma üzrə parlament komissiyası (CPI) çıxış edib.

Bildirilir ki, bu tədbirə səbəb “Botafoqo”nun sahibi Con Tekstorun bir neçə şübhəli oyunla bağlı məlumatı olduğunu bildirdiyi açıqlamaları olub.

Braziliya Milli Futbol Hakimləri Assosiasiyası (ANAF) da hərtərəfli araşdırmanın təşkili və aparılması üçün mövsümün tam dayandırılmasının tərəfdarı olub. Çempionatın dayandırılmayacağı təqdirdə hakimlərin tətil etməyə hazır olduğu vurğulanır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
Mənbələr
Şərh ()
Bağla