AZ

İsveçli fotoqraf və sənədli film rejissoru Mikael Silkeberq Naxçıvanda film çəkilişlərinə başlayır

Azərbaycanın İsveç Krallığındakı Səfirliyinin təşəbbüsü, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə isveçli fotoqraf və sənədli film rejissoru Mikael Silkeberq Naxçıvanda film çəkilişlərlərinə başlayır.

Nazirlikdən "Report"un yerli bürosuna verilən məlumata görə, Naxçıvana gələn çəkiliş heyəti mayın 2-də Naxçıvan Muxtar Respublikasının mədəniyyət nazirinin müavini Həsən Seyidovla görüşüb.

Görüş zamanı nazir müavini hazırlanacaq filmi muxtariyyətin 100 illiyinə qiymətli töhfə kimi qiymətləndirib, Naxçıvanın tarixinin, mədəniyyətinin təbliği baxımından əhəmiyyətli olduğunu bildirib.

Filmin rejissoru Mikael Silkeberq Naxçıvanın zəngin tarixi olduğundan bəhs edib.

Görüşdə çəkiliş aparılacaq məkanlar, filmdə rol alan aktyorlarla bağlı qarşılıqlı fikir mübadiləsi aparılıb.

“Nuhun ayaq izləri” adlanan filmdə Naxçıvanda fəaliyyət göstərən aktyorlar rol alacaq.

Filmin çəkilişləri Haçadağda, Əshabi-Kəhf Ziyarətgahında,Əlincə qalasında, Ordubad rayonunda, Gəmiqayada, Möminə Xatın türbəsində, Nuh Peyğəmbərin türbəsində və digər məkanlarda aparılacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
2
Mənbələr
Şərh ()
Bağla