AZ

Nurlan Paşayev: "Tempimi artırmalı idim, lakin gücüm çatmadı"

“Bu yarışa çox yaxşı hazırlaşmışdıq”.

İdman.biz xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mingəçevir şəhərində keçirilən “Prezident kuboku” beynəlxalq reqatasında 2006-2007-ci il təvəllüdlü akademik avarçəkənlər arasında gümüş medal qazanan Nurlan Paşayev deyib.

1500 m məsafəyə yürüşdə fərqlənən Azərbaycan millisinin üzvü yarışla bağlı təəssüratlarını bölüşüb: “Çox fərqli hisslər keçirirəm. Düşüncələrim müsbətdir. Rekord sayda ölkənin iştirak etdiyi reqatada ikinci yerə çıxmaq qürurverici hissdir. Sonlara yaxın tempimi artırmalı idim, lakin gücüm çatmadı. Buna görə də birinci ola bilmədim. Ötən il də bu yarışda iştirak edib, üçüncü yerə layiq görülmüşdüm. Məşqçilərimin sayəsində nəticəmi yüksəltdim. Bundan sonra daha çox çalışaraq yaxşı nəticələr qazanmaq istəyirəm”.

Qeyd edək ki, Azərbaycan millisi reqatanın ikinci günündə 1 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb.

Banuçiçək Hüseynli
İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
Mənbələr
Şərh ()
Bağla