AZ

Husilər bir həftə ərzində Qırmızı və Ərəb dənizlərində altı gəmiyə hücum edib

Husilər hərəkatı son bir həftə ərzində Qırmızı və Ərəb dənizlərində altı gəmiyə hücum ediblər.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə hərəkatın lideri Əbdül Malik əl-Husi məlumat verib 

"Biz İsrail, Amerika və Britaniya ilə əlaqəli altı gəmiyə hücum etdik", - əl-Husi qeyd edib.

Onun sözlərinə görə, Husilərin hücumuna məruz qalan gəmilərin ümumi sayı 107-yə çatıb.

Seçilən
43
Mənbələr
Şərh ()
Bağla