AZ

Tacikistan və Azərbaycan konsulluq sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb (FOTO)

Bakı. Trend:

2 may 2024-cü il tarixində Düşənbədə Tacikistan Respublikası vəAzərbaycan Respublikasının Xarici İşlər Nazirlikləri arasındasiyasi məsləhətləşmələrin növbəti danışıqları baş tutub.

Trend Tacikistan XİN-əistinadən xəbər verir ki, tərəflərin nümayəndə heyətlərinəTacikistan xarici işlər nazirlərinin müavinləri Sodik İmomi vəAzərbaycan Samir Şərifov rəhbərlik ediblər.

Tacikistan-Azərbaycan münasibətlərinin siyasi, ticarət-iqtisadi,mədəni, humanitar və digər sahələrdə aktual məsələləri ətraflımüzakirə olunub. Görüş zamanı Tacikistan-Azərbaycan təmaslarınınməzmununun ən yüksək səviyyədə hazırlanmasına xüsusi diqqətyetirilib.

Həmçinin iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsindəqarşılıqlı fəaliyyətinə dair fikir mübadiləsi aparılıb.

Məsləhətləşmələrin yekunu olaraq Tacikistan və Azərbaycan xariciişlər nazirlikləri arasında konsulluq əməkdaşlığına dair AnlaşmaMemorandumu imzalanıb.

Danışıqlar dostluq və konstruktiv şəraitdə keçib.

Tacikistan
Tacikistan
Tacikistan
Tacikistan
Məqalədə:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
4
Mənbələr
Şərh ()
Bağla