AZ

Qarabağ Universitetində tədrisə hazırlıq işləri yaxın vaxtlarda yekunlaşacaqVİDEO

Qarabağ Universiteti yaxın vaxtlarda tam hazır vəziyyətə gətiriləcək.

Bunu “Xəzər Xəbər”ə açıqlamasında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova bildirib.

O deyib ki, Xankəndi şəhərində tələbələrlə yanaşı, müəllimlər üçün də yataqxana fəaliyyət göstərəcək. Onun sözlərinə görə, yataqxanda qalanlara güzəşt ediləcək.

Xezerxeber.az-ın məlumatına görə, Agentliyin direktoru deyib ki, Qarabağ Universitetində keyfiyyətli təhsil üçün bütün imkanlar yaradılacaq. Ali təhsil müəssisəsində əsasən prestijli ixtisasların tədrisinə üstünlük veriləcək. İxtisasların sayı ildən ilə artırılacaq.

Ülkər Səttarova tələbələrin Xankəndi şəhərinə necə gedib-gələcəyindən də danışıb.

Direktor əlavə edib ki, Qarabağ Universitetində işləyəcək müəllim heyətinin seçimi ilə bağlı müzakirələr aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
1
Mənbələr
Şərh ()
Bağla