AZ

Drezen Tuxelin “Bayern”ndəki gələcəyi haqda: “ÇL-i qazansa…”

“Bayern”in baş direktoru Yan-Kristian Drezen komandanın baş məşqçisi Tomas Tuxelin istefaya gedəcəyi qərarına münasibətini bildirib.

Arena.az xatırladır ki, bir müddət əvvəl alman mütəxəssis yayda “Bayern”dən ayrılacağı haqda Münhen klubunun rəhbərliyi ilə razılaşdığını və artıq buna qərar verdiyini bildirib.

Tomas Tuxelin “Bayern”lə müqaviləsi 2025-ci ilin yayına qədər hesablanıb, amma tərəflər müqaviləni vaxtından əvvəl ləğv etmək barədə şifahi razılığa gəliblər.

Yan-Kristian Drezen yerli mətbuata açıqlamasında bu barədə fikirlərini bölüşüb:

“Biz qərarları onların qəbul edildiyi vəziyyətə əsasən qiymətləndirməliyik: o zaman vəziyyət başqa idi, indi isə tamam başqadır. Finala yüksəlmək və daha sonra Çempionlar Liqasını qazanmaq kimi dəqiq hədəfimiz var. Bu baş versə belə, biz Tuxel ilə birlikdə sevinəcəyik, sonra isə ayrı yollarımıza gedəcəyik”, – “Bayern & Germany” Drezenin müvafiq xüsusda sözlərini sitat gətirir.

Tomas Tuxel “Bayern”in sükanı arxasına həmyerlisi, alman mütəxəssis Yulian Nagelsmanın istefaya göndərilməsindən sonra, ötən ilin martında gətirilib. Alman mütəxəssis Münhen klubuna Bundesliqanın ötən mövsümünün son turunda çempionluğu qazandıra bilib.

Cari mövsümdə isə Tuxelin çalışdırdığı “Bayern” çıxış etdiyi dörd cəbhənin üçündə gözlənilmədən uğursuzluğa düçar olub. Almaniya nəhəngi Bundesliqanın çempionluğunu Leverkuzen “Bayer”inə uduzub, Almaniya Kuboku və Almaniya Super Kubokunu da əldən verib.

“Bayern”in mövsümü xilas etmək üçün son ümidi Çempionlar Liqasınadır. Mötəbər yarışın yarımfinalına çıxaraq ilk oyunda evdə “Real”la 2:2 hesablı heç-heçə oynamış “Bayern” ümidlərini mayın 8-də Madriddə keçiriləcək cavab oyununa bağlayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
Mənbələr
Şərh ()
Bağla