AZ

“Şərqi Avropaya nüvə başlıqları yerləşdirmək zəruri hal alıb” – Ukraynalı Deputat

Qərb dövlətləri Rusiyaya qarşı müdafiə sistemi yaratmaq üçün Şərqi Avropa ölkələrində nüvə başlıqları yerləşdirmək istəyir. Müharibənin daha da eskalasiya etməməsinə qarşı atılan bu addım nə ilə nəticələnə bilər? 

Məsələ ilə bağlı Ednews-a danışan ukraynalı deputat Aleksandr Merejko Qərbin bu addımını yaradılan yeni strateji müdafiə sisteminin bir parçası adlandırıb. Onun sözlərinə görə, Rusiya prezidenti Putinin Qərbə qarşı şantajlarını sonlandırmaq üçün bu addım çoxdan atılmalı idi: 

“Bu qərar zərurət idi, Rusiya artıq uzun zamandır ki, Avropa dövlətlərinin azadlığına təhlükə yaradır. Məlum olduğu kimi, Putinin təbliğatı onun Avropa dövlətlərinə qarşı nüvə şantajından fəal şəkildə istifadə etməsinə kömək edir. 

Ona görə də, Avropa dövlətləri Rusiya təcavüzünün qarşısını almaq üçün reaksiya verməyə və lazımi tədbirləri görməyə məcburdurlar. Avropaya silahların yerləşdirilməsi müharibənin Ukraynadan Qərbə yayılmasının qarşısını almaq üçündür”.

Fərid

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
Mənbələr
Şərh ()
Bağla