AZ

Aİ Serbiyadan öhdəliklərini yerinə yetirməsini istəyir

Aİ Serbiyadan öhdəliklərini yerinə yetirməsini istəyir.

Serbiyanın Avropa İttifaqına (Aİ) üzv olması reallaşmaya bilər. Buna səbəb Serbiyanın Aİ qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməkdə maraqlı olmamasıdır.

Bununla bağlı Brüsseldə keçirdiyi mətbuat konfransında Aİ-nin xüsusi nümayəndəsi Piter Stano bəyan edib ki, Serbiya Rusiya ilə münasibətlərdən imtina etməli, eyni zamanda qurumun qəbul etdiyi bütün qərarları dəstəkləməli və yerinə yetirməlidir.

Aİ rəsmisi xüsusi ilə qurumun sanksiyasına məruz qalan iş adamı Nenad Popoviçin və Serbiyanın Təhlükəsizlik və İnformasiya Agentliyinin rəhbəri Aleksandr Vulinin hakimiyyətdə yüksək vəzifələrə təyin edilməsini pisləyib.

Stano Serbiyaya xəbərdarlıq edib ki, vəziyyət belə davam edəcəyi təqdirdə Serbiyanın Aİ-yə üzvlüyü illərlə uzanacaq.

Oxuməni.az

Seçilən
52
Mənbələr
Şərh ()
Bağla