AZ

AVRO-2024: Fransa Ernandesi itirib

Fransa yığmasının müdafiəçisi Lukas Ernandes AVRO-2024-dən kənarda qalacaq.

İdman.biz xəbər verir ki, PSJ-nin futbolçusu Çempionlar Liqasının yarımfinalında “Borussiya” qarşı ilk oyunda zədələnib.

Lukas Dortmundda keçirilən qarşılaşmanın 42-ci dəqiqəsində sıradan çıxıb. İlkin müayinədən sonra 28 yaşlı müdafiəçinin Almaniyada keçiriləcək Avropa çempionatında çıxış edə bilməyəcəy bildirilib.

Qeyd edək ki, ötən ilin yayında Paris klubuna keçən Ernandes 41 oyunda 2 qol vurub, 2 ötürmə verib.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
1
Mənbələr
Şərh ()
Bağla