AZ

Bayden ABŞ-da tələbə etirazlarının gedişatını dəyərləndirib

Birləşmiş Ştatlarda tələbə iğtişaşları dinc etirazın qanuni olaraq icazə verilən hüdudlarından kənara çıxıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden deyib.

"Zorakılığın başlaması qanuna ziddir. Əmlakın dağıdılması dinc etiraz deyil, ona görə də bu, qanuna ziddir, bu, vandalizmdir, şəxsi mülkiyyətə müdaxilədir, pəncərələri sındırmaqdır, kampusları bağlamağa məcbur etmək, buraxılış mərasimlərini ləğv etmək, dinc aksiya deyil”.

O qeyd edib ki, təhdid və hədə-qorxu dinc aksiya deyil, qanunsuz fəaliyyətdir. Baydenin sözlərinə görə, amerikalıların etiraz etmək hüququ var, lakin xaos yoxdur. O vurğulayıb ki, ABŞ institutlarında antisemitizm və islamofobiyaya yer olmamalıdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
Mənbələr
Şərh ()
Bağla