AZ

Lebron Ceyms üçün mübarizə bitdi

MBA-da pley-off seriyalarından daha ikisinə yekun vuruldu.

“Football-plus.az” xəbər verir ki, “Minnesota”nın “Finiks”i müabarizədən kənarlaşdırdığını xəbər vermişdik. “Timbervulz” növbəti mərhələdə “Denver”lə qarşılaşacaq. Bəli, bu komanda “Leykers”lə seriyadan qalib ayrıldı. “Gölməçəsevərlər”in ulduzu Lebron Ceyms 30 xal toplasa da, komandasına yardım edə bilmədi. Onun oyunsonrası fikirləri:
“Hələ ki, sadəcə, evə - ailəmin yanına getmək istəyirəm. Oğlanlardan biri draftda iştirak edəcəyini, yoxsa universitetə dönəcəyini müəyyənləşdirməyə çalışır. Daha biri AAU-da (Həvəskar İdman İttifaqı – red.) oynayır. Qızım voleybolla məşğul olur. Xanımım yaxşı yeməklər hazırlayır. Odu ki, indi mənim üçün ailə prioritetdi. Bir neçə aydan sonra Las-Veqasa yollanacam, orda məşq düşərgəsi olacaq. Mənə dincəlmək və orqanizmimi yığma ilə iş üçün hazırlamaq lazımdı”.


Xatırladaq ki, 39 yaşlı Ceymsin “Leykers”lə müqaviləsinin müddəti 2024/25 mövsümünün sonunda bitəcək.
Srağagün “Denver”lə yanaşı, “Oklahoma-Siti” də 2-ci pley-off mərhələsinə adladı. “Tander”in növbəti rəqibi “Klippers” – “Dallas” cütünün qalibi olacaq.

30 aprel
Mayami – Boston 88:102 (24:34, 12:19, 23:28, 29:21)
Seriyada hesab – 1:3.
Nyu-Orlean – Oklahoma-Siti 89:97 (21:21, 22:23, 28:26, 18:27)
Seriyada hesab – 0:4.
Denver – Leykers 108:106 (28:24, 22:29, 31:26, 27:27)
Seriyada hesab – 4:1.
Miluoki – İndiana 115:92 (23:31, 30:17, 34:19, 28:25)
Seriyada hesab – 2:3.
Klivlend – Orlando 104:103 (33:23, 15:24, 27:23, 29:33)
Seriyada hesab – 3:2.
1 may
Nyu-York – Filadelfiya 76 106:112 OT (17:26, 32:17, 21:26, 27:28, 9:15)
Seriyada hesab – 3:2.
Seçilən
27
Mənbələr
Şərh ()
Bağla