AZ

NATO Rusiyanı alyansın ərazisində "hibrid fəaliyyətdə" ittiham edib

Şimali Atlantika Alyansı (NATO) Rusiyanı öz ərazisində "hibrid bədxassəli fəaliyyətlərdə", o cümlədən dezinformasiya və təxribatda ittiham edib və nə olursa olsun Ukraynanı silahla təchiz etməyə davam edəcəyinə söz verib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə NATO bəyanat yayıb. 

"NATO ölkələri alyans daxilində son vaxtlar baş verən bədxah fəaliyyətlərdən, o cümlədən Çexiya, Estoniya, Almaniya, Latviya, Litva, Polşa və digər ölkələrdə düşmən dövlət adından fəaliyyət göstərən çoxsaylı şəxslərin təhqiqatlara və ittihamlara səbəb olmasından dərin narahatdır", - deyə NATO-nun Brüsseldə yaydığı bəyanatda deyilir.

Qeyd edilir ki, bu fəaliyyətlərə dezinformasiya, təxribat, zorakılıq aktları, kiber əməliyyatlar və digər hibrid əməliyyatlar daxildir.

Həmçinin NATO ölkələri hibrid hərəkətlər və ya hücumlara hazır olduqlarını bildiriblər. Bəyanatda vurğulanır ki, bu cür hərəkətlər NATO-nu Ukraynaya silah tədarükünü davam etdirməkdən çəkindirməyəcək. 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
Mənbələr
Şərh ()
Bağla