AZ

“Beşiktaş” “River Pleyt”in müdafiəçisini transfer edir

"Beşiktaş" yayda müdafiə xəttini yeni oyunçu ilə gücləndirəcək. 

Bizim.Media xəbər verir ki, İstanbul təmsilçisi "River Pleyt"də çıxış edən Paulo Diasla maraqlanır. Bu barədə Argentina mətbuatı məlumat yayıb. 

"Qara qartallar" mövsüm bitdikdən sonra çilili mərkəz müdafiəçisi üçün Argentina klubu ilə danışıqlara başlayacaq. Moskva ÇSKA-sı da 29 yaşlı futbolçunu transfer etmək istəyir.

Qeyd edək ki, "River Pleyt" Paulo Diası 2019-cu ilin yayında "Əl-Əhli"dən transfer edib. Çili millisinin üzvü bu mövsüm komandanın heyətində meydana çıxdığı 17 rəsmi matçda 1 qol vurub. Onun klubla müqaviləsi 2026-cı ilin yayına kimidir.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
40
50
Mənbələr
Şərh ()
Bağla