AZ

Karmen Romero: Azərbaycanda COP29-un keçirilməsini səbirsizliklə gözləyirəm

Karmen

Brüssel, 2 may, AZƏRTAC

Şimali Atlantika Alyansı Bakıda keçirilən “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda virtual da olsa təmsil olunub.

AZƏRTAC xəbər verir ki, bu fikirləri NATO Baş katibinin ictimai diplomatiya məsələləri üzrə köməkçisinin müavini Karmen Romero “X” sosial şəbəkəsindəki hesabında bölüşüb. O, mötəbər forumun iştirakçıları qarşısında çıxış etmək və Alyansın Azərbaycan ilə siyasi dialoqda və qarşılıqlı maraq doğuran sahələrdə, o cümlədən iqlim dəyişmələri məsələsində praktiki əməkdaşlıqda rolu barədə danışmaq fürsətindən məmnuniyyətlə istifadə etdiyini vurğulayıb.

“Azərbaycanda COP29-un keçirilməsini səbirsizliklə gözləyirəm”, - deyə Karmen Romero sonda yazıb.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Brüssel

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
1
Mənbələr
Şərh ()
Bağla