AZ

Banan gəmisində 60 kq kokain ələ keçirilib

Sankt-Peterburq limanında Qladki adası ərazisində gömrükçülər Panama bayrağı altında üzən "Cool Express" gəmisinin göyərtəsində 60 kq kokain aşkar ediblər.

Qaynarinfo xəbər verir ki, bu barədə 78.ru məlumat yayıb.

Qeyd olunur ki, gəmi aprelin 21-də Ekvadordan banan yükü ilə gəlib. Yoxlama zamanı müfəttişlər tavanda xüsusi yerlərdə ağ toz olan 60 ədəd düzbucaqlı bağlama aşkar ediblər. Ekspertiza paketlərdə kokain olduğunu təsdiqləyib.

Faktla bağlı cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları narkotik vasitələrin daşınmasının kimlər üçün nəzərdə tutulduğunu müəyyənləşdirirlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
Mənbələr
Şərh ()
Bağla