AZ

Ərdoğan CHP sədri ilə görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla CHP sədri Özgür Özəl arasında görüş olub.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) mərkəzi qərargahında təşkil edilən görüş 1 saat 35 dəqiqə çəkib və müsbət atmosferdə keçib.


Görüşdə CHP İstanbul Millət vəkili və TBMM Xarici Əlaqələr Komissiyasının üzvü Namık Tan və Elitaş da iştirak ediblər.


Söhbətin təfərrüatı açıqlanmır. Amma görüş barədə anonslarda vurğulanırdı ki, Ərdoğan və Özəl arasında görüşdə aktual mövzuların müzakirə olunacağı gözlənilir. Bu mövzular arasında yeni konstitusiya ilə bağlı məsələlər, iqtisadiyyat sahəsindəki yeniliklər, həmçinin Qəzzadakı vəziyyət və digər məqamların da olduğu bildirilirdi.

 

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan və Özgür Özəl son dəfə aprelin 23-də Türkiyə Böyük Millət Məclisində digər siyasi partiyaların nümayəndələrinin də olduğu bayramlaşma tədbirində bir araya gəlmişdilər. 

Senzor.az

Seçilən
48
1
Mənbələr
Şərh ()
Bağla