AZ

Taksi sürücüləri Uber-i məhkəməyə verdi

İngiltərədə 11 minə yaxın taksi sürücüsü Londonda taksi rezervasiya qaydalarını pozduğuna görə “Uber”ə qarşı iddia qaldırıb.

Demokrat.az
xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Məlumata görə, şirkətin 2012-ci ilin mayından 2018-ci ilin martına qədər paytaxt Londondakı fəaliyyətləri ilə bağlı bu gün iddia qaldırılacaq. 

Təxminən 11 min taksi sürücüsü iddia edir ki, şirkətin operatoru insanlara sifariş sistemini necə işlədiyi barədə yanlış məlumat verib.

Buna görə də şəxsi icarəyə lisenziyalaşdırma qaydalarını pozub. 

Qeyd edək ki, iddianın ən az 250 milyon dollar dəyərində olduğu bildirilir.

Aysu
Demokrat.az
Seçilən
73
Mənbələr
Şərh ()
Bağla