AZ

Daha üç komanda növbəti mərhələyə adladı

Srağagün və dünən Stenli kuboku uğrunda mübarizədə növbəti oyunlar keçirildi.

“Football-plus.az” xəbər verir ki, “Tampa-Bey”i darmadağın edən “Florida” “Reyncers”in ardından növbəti mərhələyə adlayan 2-ci komanda oldu. “Panterz” “Boston” – “Toronto” seriyasının qalibi ilə qarşılaşacaq. Həmin seriyada “Boston” öndədi. “Florida”nın ötən mövsüm Stenli kubokunun finalında “Veqas”a uduzduğunu da xatırladaq.

Dünən daha iki komanda konfrans 1/4 finalından qalib ayrıldı. Bunlar “Karolina” ilə “Kolorado”du. “Karolina” növbəti mərhələdə “Reyncers”, “Kolorado” isə “Dallas” – “Veqas” cütünün qalibi ilə qarşılaşacaq.

30 aprel
Florida – Tampa-Bey 6:1 (0:0, 2:1, 4:0)
Seriyada hesab – 4:1.
Veqas – Dallas 2:4 (1:1, 1:2, 0:1)
Seriyada hesab – 2:2.
1 may
Boston – Toronto 1:2 ОТ (1:1, 0:0, 0:0, 0:1)
Seriyada hesab – 3:2.
Karolina – Aylenders 6:3 (3:1, 0:2, 3:0)
Seriyada hesab – 4:1.
Vinnipeq – Kolorado 3:6 (1:1, 1:2, 1:3)
Seriyada hesab – 1:4.
Vankuver – Neşvill 1:2 (0:0, 0:0, 1:2)
Seriyada hesab – 3:2.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
Mənbələr
Şərh ()
Bağla