AZ

Zabratda evlər ucuz qiymətə kütləvi satışa çıxarılır – Səbəb nədir?VİDEO

Bakının Sabunçu rayonu, Zabrat qəsəbəsində evlər kütləvi şəkildə satışa çıxarılır. Evlərin qiyməti isə olduqca ucuzdur.

Xezerxeber.az-ın məlumatına görə, əmlak saytlarında "Zabrat-1", "Zabrat-2" kimi tanınan massivlərdə həyət evlərinin satışı ilə bağlı elanların sayı da kəskin artıb. Əmlak ekspertləri bunu makler evləri kimi tanınan həyət evlərinin daha çox bu ərazilərdə tikilməsi ilə əlaqələndirirlər. 

Ekspert Elnur Fərzəliyev bildirib ki, mövsümlə əlaqədar digər ərazilərdə də satışa çıxarılan həyət evlərinin sayı artıb. Adətən yazın gəlişi tikinti mövsümünün canlanması hesab edilir.

Qeyd edək ki, Zabrat qəsəbəsində həyət evlərinin qiyməti 22 min manatdan başlayır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
5
Mənbələr
Şərh ()
Bağla