AZ

Əcnəbi direktorun "Neftçi"yə gətirdiyi legionerlə bağlı PROBLEM YARANDI

"Neftçi"nin düşərgəyə əcnəbi futbolçu dəvət etməsini xəbər vermişdik.

Söhbət nigeriyalı Amoo Akinkunminidən gedir.

İdman direktoru Yens Andersonun əli ilə kluba gələn afrikalı ilə uzunmüddətli müqavilə imzalanması planlaşdırılır.

Amma hazırda paytaxt klubunun istəyini həyata keçirməsi ləngiyir.

Bu da səbəbsiz deyil.

Belə ki, azad agent olan Amoonun sənədlərində problem var.

Klub 2 həftədən artıqdır həmin problemin həllinə çalışır.

Yalnız ondan sonra əcnəbi futbolçu ilə rəsmi müqavilə imzalana bilər.

Əks təqdirdə, ölkəsinə yola salınacaq.

22 yaşlı futbolçu ölkəsinin U-17 millisində 10 oyun keçirib, 1 qolla yadda qalıb.

Nigeriyanın əsas millisinə dəvət olunsa da debüt etməyib.

Son olaraq Kiprdə "Omoniya"nın şərəfini qoruyub.

Yarımmüdafiəçi daha əvvəl İsveçin "Hammarbu" və Danimarkanın "Kopenhagen" klubunda forma geyinib.

XANOĞLAN / SPORTİNFO.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
Mənbələr
Şərh ()
Bağla