AZ

Antarktidada Çexiya böyüklüyündə polinyanın mənşəyi aşkarlandı

İsveç, Böyük Britaniya və ABŞ-dan olan beynəlxalq alimlər qrupu Antarktida ətrafındakı dəniz buzlarında nəhəng Maud Rise polinyasının (qəribə dəliklər) haradan gəldiyini müəyyən edib. 

HİT.az xəbər verir ki, tədqiqat "Science Advances" (SciAdv) elmi jurnalında dərc olunub.

1970-ci illərdə mütəxəssislər ilk dəfə Antarktidanın qərb sahillərində Ueddell dənizində zaman zaman buzdan təmizlənmiş böyük bir məkanın açıldığını aşkar edib. Obyekt ərazidə yerləşən sualtı silsilənin şərəfinə Maud Rise adlandırılıb.

2016-2017-ci illərdə polinya birdən-birə meydana çıxıb və Çexiya ərazisini üstələyən 80 min kvadrat kilometrə qədər genişlənib.

2024-cü ildə bir qrup elm adamı bu fenomenin səbəblərini müəyyənləşdirib. Alimlər polinyanın küləyin, okean axınlarının və okean dibinin istilik və duzu səthə daşıyan xüsusi coğrafiyasının mürəkkəb qarşılıqlı təsirindən yarandığını kəşf edib.

Müşahidələr göstərib ki, 2016 və 2017-ci illərdə Ueddel dənizi ətrafında böyük dairəvi okean axını güclənib. Bu, duzun səth suları ilə şaquli qarışmasını asanlaşdıraraq, isti duzlu suyun dərin qatının qalxmasına səbəb olub.

Həmçinin məlum olub ki, güclü küləklərin və xüsusi dib relyefinin təsiri altında buzda ərimə əmələ gələn həmin yerlərdə sualtı zirvələrdə duz yığılıb.

Alimlər deyirlər ki, Maud Rise polinyasını yaradan bəzi proseslər də Antarktidanı əhatə edən Cənubi Okeanda dəniz buzunun ümumi azalmasına kömək edir.

Samir

Seçilən
50
Mənbələr
Şərh ()
Bağla