AZ

U-17 millimiz ilk oyunda Belarus yığmasına məğlub oldu

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi (U-17) Belarusda təşkil olunan UEFA İnkişaf Turnirində bu gün ilk oyununu keçirib.

Arena.az xəbər verir ki, Belarusun paytaxtı Minskdə keçirilən turnirdə millimiz bu ölkənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

ABFF Təlim-Məşq Mərkəzində baş tutan oyun komandamızın 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Millimizin heyətində qola 68-ci dəqiqədə penaltidən Ayşən Salamzadə imza atıb.

Turnirin bu gün keçirilən digər oyununda Türkiyə milli komandası Qazaxıstan yığması üzərində 5:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, U-17 millimiz mayın 4-də, Bakı vaxtı ilə saat 13:00-da Qazaxıstan, mayın 7-də, saat 12:00-da isə Türkiyə yığması ilə görüşəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
8
Mənbələr
Şərh ()
Bağla