AZ

Türkiyə İsraillə bütün ticarəti dayandırıb

...Qəzzadakı müharibə səbəbindən Türkiyə İsraillə ticarəti dayandırıb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, mayın 2-dən etibarən malların idxalı və ixracı dayandırılıb.

Ticarət əlaqələrinin kəsilməsi ilə bağlı Ankaradan rəsmi açıqlama verilməyib.

Lakin məlumatı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı beynəlxalq müqavilələri pozmaqda və türk xalqının maraqlarına etinasızlıqda ittiham edən İsrailin xarici işlər naziri İsrail Katz da təsdiqləyib.

Xarici işlər naziri əmin edib ki, İsrail xarici ticarətdə Ankaranı tez bir zamanda əvəz edəcək, həmçinin lazımi malların öz istehsalını genişləndirəcək.

Qeyd edək ki, hələ aprelin əvvəlində Türkiyə Qəzzadakı müharibə səbəbindən İsrailə ixracı məhdudlaşdırmışdı. Embarqoya 54 növ mal, o cümlədən polad və alüminium məmulatları, bəzi növ gübrələr və sənaye avadanlıqları, həmçinin elektrik kabelləri, boyalar, laklar və təyyarə yanacağı daxildir.

Sənaye və Ticarət Nazirliyi qeyd edib ki, məhdudiyyətlər Qəzza zolağında atəşkəs əldə olunana və anklav sakinlərinin humanitar yardıma çıxışı təmin olunana qədər qüvvədə qalacaq.

Nazlı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
Mənbələr
Şərh ()
Bağla