AZ

Narkotacirlərlə əlaqədə şübhəli bilinən gözəllik kraliçası: Müəmmalı “İnstaqram” paylaşımı

23 yaşlı “Gözəllik kraliçası” Lendi Parraqa Goiburo güllələnərək öldürülüb.

 

Keçmiş “Miss Ekvador” yarışmacısı Ekvadorun Kevedo şəhərindəki restoranda bir kişi ilə söhbət edərkən, maskalı hücumçular binaya basqın edərkən görüntülənib. Qapıda dayananlardan biri Lendini yaralayıb. 

 

Sfera.az bildirir ki, Parraqa Goiburonun 2022-ci ilin oktyabrında öldürülən narkotik taciri Leandro Norero ilə münasibətdə olduğu iddia edilir. Ölümündən bir neçə gün əvvəl o, pərəstişkarlarına qəribə bir mesaj qoyub.

 

Hücum edən hər iki şəxs hadisə yerindən qaçıb, qız isə qan içində qalıb. Ekvadorlu gözəl şənbə günü (27 aprel) toy üçün Kevedoya gəlib.


Yeddi gün əvvəl gözəllik kraliçası “İnstaqram”da müəmmalı paylaşım edib. Fotoda Lendi narıncı rəngli bikini geyinib.

 

O, şəklinə: "Həyat əks-sədadır, göndərdiklərin sənə geri qayıdır" - yazıb.

 

Lendinin adı 2022-ci ilin oktyabrında öldürülən narkotik alverçisi Leandro Norero arasındakı söhbətdə xatırlanır. Onları avtoritet Heliwe Anqulo tanış edib. Tanışlıqdan altı ay sonra  Norero öldürülüb. Polis Anqulonın ifadəsini alaraq, narkobaron və Lendi arasındakı əlaqəni aydınlaşdırır.

 

Mərhum narkotik alverçisinin Anquloya mesajlarının birində: 

 

"Əgər həyat yoldaşım onun haqqında nəsə öyrənsə, işim bitdi. Dostum, onun adı heç yerdə hallanmamalıdır. Əks halda dünyam dağılacaq" - yazdığı da məlum olub. 


Qatilin restoranın qapısından içəri keçərək 23 yaşlı qızı güllələdiyini əks etdirən dəhşətli görüntülər sosial şəbəkələrdə yayılıb. Qızın yanındakı şəxs atışma zamanı xəsarət almayıb. O, dindirilmək üçün istintaqa aparılıb.

 

Aynil

Sfera.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
Mənbələr
Şərh ()
Bağla