AZ

32 yaşlı qadın kişilərə başçılıq edəcək - Almaniyada

Almaniya qadın məşqçi Sabrina Vittman kişi komandasına rəhbərlik edəcək.

İdman.biz xəbər verir ki, 32 yaşlı mütəxəssis “İnqolştadt”ın baş məşqçisi təyin olunub.

Vittman 54 yaşlı həmkarı Mihael Kyöllneri əvəzləyib. Bu barədə klub rəsmi açıqlama yayıb. Bunadək Sabrina klubun U-17, U-19 komandalarında fəaliyyət göstərib.

Qeyd edək ki, “İnqolştadt” Almaniya 3-cü liqasında 49 xalla 11-ci pillədə qərarlaşıb.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
3
Mənbələr
Şərh ()
Bağla