AZ

ABŞ: Ukrayna ilə uzunmüddətli təhlükəsizlik sazişləri üzərində işləyirik

Birləşmiş Ştatlar Kiyev hakimiyyəti ilə uzunmüddətli təhlükəsizlik sazişləri üzrə danışıqlar aparır. 

İqtisadiyyat.az xəbər verir ki, bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib.

"Biz Ukraynaya uzunmüddətli təhlükəsizlik dəstəyinin təmin edilməsi və uzunmüddətli təhlükəsizlik sazişləri üzərində işləyirik. Bu danışıqlar davam edir", - Miller qeyd edib.

Amerikanın xarici siyasət idarəsinin nümayəndəsi danışıqların gedişi ilə bağlı hər hansı təfərrüat verməkdən imtina edib.

Aprelin 28-də Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Ukrayna və ABŞ nümayəndələri təhlükəsizlik sahəsində əməkdaşlığa dair ikitərəfli saziş üzərində iş çərçivəsində yaxın 10 il üçün Kiyevə hərbi, maliyyə və digər dəstəyin həcmi ilə bağlı danışıqlar aparırlar. 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
7
Mənbələr
Şərh ()
Bağla