AZ

Türkiyə İsraillə bütün ticarəti dayandırdı - “Bloomberg”

Türkiyə İsraillə bütün ticarəti dayandırıb. Bu barədə “Bloomberg” vəziyyətlə tanış olan iki türk rəsmisinə istinadən yazıb

Türkiyə bu qərarı rəsmi açıqlamasa da, agentliyin məlumatı İsrail Xarici İşlər Nazirliyi tərəfindən təsdiqlənib.

XİN rəhbəri İsrael Katz Türkiyə prezidenti Rəcəb Ərdoğanı ticarət razılaşmalarını pozmaqda ittiham edib.

“Bloomberg”in Türkiyə Statistika İnstitutuna istinadən yazdığı kimi, 2023-cü ildə Türkiyə ilə İsrail arasında ticarət dövriyyəsi 6,8 milyard dollar təşkil edib. Bu məbləğin təxminən 76%-i Türkiyə ixracından əldə olunub. Agentlik Türkiyənin İsrailə əsasən dəmir və polad tədarük etdiyini qeyd edir.

Aprel ayında Türkiyə polad və alüminium məhsulları da daxil olmaqla 54 kateqoriya mallara ixrac məhdudiyyəti qoyub. Daha sonra Türkiyənin Ticarət Nazirliyi bəyan edib ki, məhdudiyyətlər Qəzza zolağında atəşkəs əldə olunana və bölgəyə humanitar yardımın fasiləsiz axını təmin edilənə qədər qüvvədə qalacaq. Bundan sonra İsrail cavab məhdudiyyətləri tətbiq edəcəyini vəd etdi.

Ayın sonunda Ərdoğan Türkiyənin İsraillə ticarət əlaqələrini daha inkişaf etdirmədiyini açıqlayıb. Türkiyə prezidenti həmçinin İsrail hakimiyyətini Qəzza zolağında minlərlə fələstinlinin ölümündə ittiham edib. Daha sonra Türkiyə rəsmiləri Ankaranın Cənubi Afrikanın Beynəlxalq Ədalət Məhkəməsində İsrailə qarşı qaldırdığı iddiaya qoşulacaqlarını bildirdilər. Cənubi Afrika 2023-cü ilin dekabrın sonlarında İsraili Qəzza zolağında fələstinlilərə qarşı “soyqırım”da ittiham edərək iddia qaldırıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
11
Mənbələr
Şərh ()
Bağla