AZ

Zlatan İbrahimoviç: “Onun vəfatı mənim üçün böyük zərbə oldu”

İsveç yığmasının sabiq ulduz hücumçusu, hazırda “Milan”ın baş məsləhətçisi Zlatan İbrahimoviç agenti Mino Rayolanın ölümü ilə bağlı danışıb.

Arena.az “AB Talks” dərgisinə istinadən, isveçli mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Agentim Mino Rayola vəfat edəndə bu, mənim üçün böyük zərbə oldu. Son göz yaşım çıxana qədər ağladım. Bu, hələ də bitməyib, çünki bəzən yaddaşımda geri-dönüşlər olur. Bu, məni çox kədərləndirir, çünki onun üçün çox darıxıram. Onu və məni tanıyan hər kəs nə qədər yaxın olduğumuzu anlayır. O, bunu oxuya bilsəydi, indi ona nə yazardım? “Mən sənin üçün darıxıram”, deyə Zlatan İbrahimoviç kədərlə bildirib.

Xatırladaq ki, futbol agenti Mino Rayola 2022-ci ilin aprel ayının 30-da 54 yaşında xəstəlikdən sonra vəfat edib. Rayolanın müştəriləri arasında Zlatan İbrahimoviç, Erlinq Haland, Pol Poqba, Henrix Mxitaryan, Blez Matuidi, Marko Verratti, Canluici Donnarumma kimi futbolçular vardı.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
Mənbələr
Şərh ()
Bağla